Parollarımızı niyə bölüşməliyik? Mart 04, 2014 | 11:00 / Texnoloji yeniliklər

Dünyasını dəyişmiş və ya ağır xəstə olan insanların yaxınlarının onun elektron poçtuna, bank və ya digər hesablarına giriş əldə etməsi bu gün kifayət qədər ciddi problemdir. Əgər hesabın sahibi əvvəlcədən bunu nəzərə almazsa, onun həlli də çətinləşər 

"Computerworld" jurnalının məlumatına görə, Google mərhum şəxsin elektron poçtuna daxil olmaq səlahiyyəti verilmiş şəxsdən həmin insanın tam adı və poçt ünvanı, şəxsiyyət vəsiqəsinin və ya sürücülük vəsiqəsinin surətini, həmçinin ölüm haqqında şəhadətnaməsini tələb edir. 

Bütün bu sənədləri Google-un elektron poçtuna göndərmək lazımdır. Yalnız şirkət nümayəndələrinin müzakirəsindən sonra prosedurun ikinci mərhələsinin keçirilib-keçirilməyəcəyi, əlavə sənədlərin lazım olub-olmayacağı barədə məlumat verilir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı