Havanın çirklənməsi zamanı rəngini dəyişən “ağıllı” geyim hazırlanıb İyul 28, 2016 | 10:00 / Texnoloji yeniliklər

Amerikalı dizayner Nikolas Bentelin təsis etdiyi “Aerochromics” şirkəti havada zərərli maddələrin təhlükəli konsentrasiyasını müəyyənləşdirərək rəngini dəyişən “ağıllı” geyim hazırlayıb.

nanonewsnet.ru saytının məlumatına görə, yeni dəstə 3 uzunqol köynək daxildir. Onlardan biri havada dəm qazının yüksək konsentrasiyasını, digəri havanın bərk mikrohissəciklərlə, üçüncüsü isə radioaktiv maddələrlə çirklənməsini müəyyən edir.

“Ağıllı” geyimin iş prinsipi mürəkkəbdir və şirkət bu barədə ətraflı məlumat vermir. Məsələn, dəm qazının konsentrasiyasını müəyyənləşdirən köynəyin rəngi boyaq maddəsinin tərkibinə daxil olan kimyəvi maddələr vasitəsilə dəyişir. Kimyəvi preparatlar dəm qazına reaksiya verərək qara zolaqları ağ rəngli edir. Bərk mikrohissəcikləri müəyyənləşdirən köynəyə çirklənmənin səviyyəsi yüksək olan zaman geyimin rəngini dəyişən istilik panellərini aktivləşdirən qoruyucu sensorlar quraşdırılıb.

N.Bentelin sözlərinə görə, bu köynəklər sahibini və onun yanında olan insanları havanın keyfiyyəti haqqında məlumatlandırmaq üçün nəzərdə tutulub. “Ağıllı” geyimin qiyməti 500 dollardan başlayır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı