Muzeylərə virtual ekskursiya İyul 22, 2016 | 10:00 / Texnoloji yeniliklər

“Google” şirkəti dünyanın bir çox muzeylərinin kolleksiyaları ilə tanış olmağa imkan verən “Arts & Culture” saytının yenilənməsi barədə məlumat yayıb. Şirkət həmçinin iOS və Android əməliyyat sistemləri əsasında işləyən qurğular üçün “Arts & Culture” xüsusi proqramını istifadəyə verib.

“Siz yeni alətlər sayəsində dünyanın 70 ölkəsinin mindən çox muzeyinin eksponatlarını tapa biləcəksiniz. İncəsənət dünyasına daxil olun: məşhur rəssamların əsərlərindən ilham alın, dünyanın möcüzələrinin fotoşəkillərinə tamaşa edin, tarixi hadisələri öyrənin və görkəmli şəxsiyyətlərlə tanış olun”, – şirkətin bloqunda dərc edilmiş xəbərdə qeyd edilir.

Veb-saytda eksponatları açar sözlər və ya onların yaranma tarixi üzrə axtarmaq, eləcə də rənglərə görə çeşidləmək imkanı təqdim olunur.

“Arts & Culture” mobil proqramını yükləyərək “Google Cardboard” eynəyi vasitəsilə muzeylərə virtual ekskursiyalar etmək mümkündür. Məsələn, artıq istifadəçilər Romada incəsənət sərgisinə “yola düşə” və ya qədim yunan məbədini ziyarət edə bilərlər.

hitech.newsru.com saytının məlumatına görə, mobil proqramın köməyilə həmçinin bu və ya digər eksponatın nümayiş etdirildiyi muzeyin yerləşdiyi məkan və iş qrafiki haqqında məlumat əldə etmək olar.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı