“Ağıllı” termometr satışa çıxarılıb İyul 20, 2016 | 10:00 / Texnoloji yeniliklər

Fransanın “Withings” şirkəti tərəfindən hazırlanmış “Thermo” adlı kontaktsız elektron termometr satışa çıxarılıb. Temperaturun təyin edilməsi üçün qurğunu alın boyunca aparmaq kifayətdir.

nanonewsnet.ru saytının məlumatına görə, qurğu ən yüksək temperatur nöqtəsini müəyyənləşdirmək üçün gicgah arteriyasını skan edən və 4 mindən çox ölçmə aparan 16 infraqırmızı sensor ilə təchiz edilib. “Ağıllı” termometr yaş, simptom və temperaturun dəyişməsi əsasında xəstəliyin müalicəsi üçün məsləhətlər verən mobil proqramla sinxronlaşdırılıb. Boston Uşaq Xəstəxanasının əməkdaşları proqrama dərmanlar və onların miqdarı barədə informasiya əlavə ediblər.

Səthi gicgah arteriyasının temperaturunu təyin edən termometrlər ölçmə dəqiqliyinə görə rektal və qulaq termometrləri ilə müqayisə edilə bilər. “Thermo” həm oyaq, həm də yatmış insanın temperaturunu ölçməyə imkan verir. O, 8 şəxsin temperaturunun ölçülmə tarixçəsini izləyir. İstehsalçılar bildiriblər ki, qurğu temperaturun ölçülməsi üçün ən gigiyenik üsuldur.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı