Müasir nəşriyyat və poliqrafiya texnologiyalarının tətbiqi imkanları araşdırılır İyul 13, 2016 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti seminarı keçirilib. Sektor müdiri Zülfiyyə Hənifəyeva seminarda “Müasir nəşriyyat və poliqrafiya texnologiyalarının meydana gəlməsi, təkamülü və inkişafı” mövzusunda məruzə ilə çıxış edərək çap texnologiyasının yaranması və növləri, nəşriyyat və poliqrafiya texnologiyalarının təkamülü haqqında ətraflı məlumat verib.

Nəşriyyat və poliqrafiya sahəsində istifadə olunan proqram təminatları, eləcə də nəşriyyat texnologiyalarının tətbiqi imkanlarından söz açan Z.Hənifəyeva rəqəmsal çapın üstünlüklərini diqqətə çatdırıb. Hazırda yalnız kağız üzərində deyil, müxtəlif materiallar və məmulatların üzərində də çap etməyin mümkünlüyündən bəhs edib.

Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları poliqrafiyanın sürətli inkişafına təkan verir. Bütün mətbəə sisteminin avtomatlaşdırılması az işçi qüvvəsi ilə mürəkkəb iş görməyə şərait yaradır. Hazırda qabaqcıl çap texnologiyaları elm, təhsil, tibb və s. kimi bir çox sahələrdə geniş tətbiq olunur.

“3D-printerlerin kəşf olunması cəmiyyətdə əsl texniki inqilab hesab oluna bilər. Belə ki, kitab, jurnal, qəzet və s. ilə yanaşı, artıq 3D-printerlər vasitəsilə hətta işlək orqan, ev, qida və s. çap etmək mümkündür”, – deyə məruzəçi bildirib. O, həmçinin poliqrafiya sahəsi üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini vurğulayıb.

Sonra mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı