İnstitutun layihə baş mühəndisi ABŞ-ın Elm və Texnologiya Assosiasiyasına üzv seçilib İyul 12, 2016 | 11:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova ABŞ-ın Elm və Texnologiya Assosiasiyasına  (The American Association for Science and Technology) üzv seçilib.

Qeyd edək ki, bu assosiasiya elm və texnologiya üzrə biliklərin təkmilləşdirilməsi məqsədilə dünya alimlərini bir araya toplayan qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın kimya, fizika, biologiya, tibb, kompüter elmləri, riyaziyyat və statistika, mühəndislik, iqtisadiyyat və idarəetmə, sosial elmlər və s. sahələr üzrə yüksək istinada malik 49 jurnalı dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı