İnformasiya Texnologiyaları İnstitutu Romada keçiriləcək beynəlxalq konfransların məsləhət komitəsində təmsil olunur İyul 01, 2016 | 11:28 / Mühüm hadisələr

23-24 noyabr 2016-cı il tarixlərdə Romada “ATScience Academic Publishing Group”, Selcuq Universiteti, Palerma Universiteti və s. birgə təşkilatçılığı ilə “Qabaqcıl texnologiyalar və elmlər üzrə Beynəlxalq konfrans” (International Conference  of Advances Technology and Science – ICAT2016) çərçivəsində “Kompüter elmləri üzrə I Beynəlxalq konfrans” (1st International Conference on Computer Sciences – ICCS16), “Elektrotexnika və elektronika mühəndisliyi problemləri üzrə I Beynəlxalq konfrans” (1st International Conference on Electrical & Electronics Engineering – ICEEE16), “Maşınqayırma üzrə I Beynəlxalq konfrans” (1st International Conference on Mechanical Engineering – ICME16) keçiriləcək.

Konfransların əsas məqsədi müvafiq istiqamətlər üzrə dünya universitetləri və elmi təşkilatları arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübənin və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar, jurnalların nəşri və s. ilə elmi nailiyyətlərin əldə olunmasıdır.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova AMEA İnformasiya Texnologiyaları İnstitutunu bu konfransların beynəlxalq məsləhət komitəsində təmsil edir.

Qeyd edək ki, konfransa təqdim olunmuş elmi əsərlər konfrans materiallarında dərc olunmaqla yanaşı, xüsusi maraq doğuran məqalələr “International Journal of Intelligent Systems and Applications in Engineering”, “International Journal of Applied Mathematics”, Electronics and Computers”, “International Journal of Energy Applications and Technology”, “International Journal of Automotive Engineering and Technologies” jurnallarında nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı