Dünyada internetə qoşulan qurğuların sayı 8 milyardı ötüb İyun 16, 2016 | 02:00 / Maraqlı məlumatlar

“IHS” analitik şirkətinin hesabatına əsasən, dünyada internetə qoşulan qurğuların (smartfon, planşet, fərdi kompüter, televizor, TV və audio qurğular) sayı 8,1 milyard təşkil edib. Bu göstəriciləri nəzərə alan ekspertlərin hesablamalarına görə, dünyada hər evə orta hesabla dörd internetə qoşulmuş qurğu düşür.

Hesabatda qeyd olunur ki, smartfonlar sayəsində internetə qoşulan qurğular bazarına hər il təxminən yarım milyard yeni qurğu əlavə olunur. Həmçinin planşet və TV qurğularının sayında artım olsa da, ən yüksək artım smartfonlarda müşahidə olunur.

Analitiklərin qiymətləndirməsinə əsasən, 2016-cı ildə smartfonların satış həcmi 7 faiz artaraq 1,5 milyarda çatacaq.

Müqayisə üçün qeyd edək ki, smartfon sahəsində ən yüksək artım göstəricisi artımın 73 faizə bərabər olduğu 2010-cu ildə qeydə alınıb. 2015-ci ildə artım 14,4 faiz təşkil edib.

2020-ci ildə bazarın həcminin 1,9 milyard qurğuya çatacağı gözlənilir.

DailyComm.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı