“Ağıllı” nahar masası təqdim olunub İyun 09, 2016 | 10:00 / Texnoloji yeniliklər

ABŞ-ın “Sapien Stone” şirkətinin İsveçin “Kram/Weisshaar” dizayn studiyası ilə birlikdə hazırladığı “ağıllı” nahar masası təqdim edilib. “SmartSlab” adlanan masanın paneli isitmə, soyutma və müxtəlif elektron qurğuların (planşet və ya smartfon) enerji ilə doldurulması kimi bir neçə faydalı funksiyanı yerinə yetirə bilir.

trendspace.ru saytının məlumatına görə, masanın çəkisi 70 kq, səthinin qalınlığı isə 6 mm təşkil edir. Keramikaya masanın üzərində yerləşən düyməni sıxmaqla işə düşən isitmə və soyutma elementləri, induksiya panelləri, enerji toplama modulları inteqrasiya olunub.

Bildirilir ki, qida və içkilərin qızdırılması və soyudulması üçün onları “SmartSlab” masasının üzərinə düzmək kifayətdir.

Şirkətin mütəxəssisləri yüksək texnologiyalı masanın dünyanın bütün mətbəxlərində praktiki tətbiq olunacağına əmindirlər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı