ABŞ-da qadınlar “Apple” məhsullarına üstünlük verirlər Fevral 26, 2014 | 03:00 / Texnoloji yeniliklər

"KS Mobile"in sifarişi üzrə keçirilmiş tədqiqata əsasən, ABŞ-da qadınlar "Apple", kişilər isə "Samsung" şirkətinin mobil məhsullarına üstünlük verirlər. 

ictnews.az elektron xəbər xidmətinin verdiyi məlumata görə, sorğuda iştirak edən amerikalıların 45 faizi bu fikirdədir ki, "Apple" onların sevimli mobil məhsul istehsalçısıdır. "iPhone" istehsalçısı ABŞ-da sorğunun keçirildiyi hər bir regionda qələbə qazanıb. 

40-49 yaşlı respondentlər istisna olaraq, "Samsung"un məhsullarına üstünlük veriblər. 

Amerikalıların 33 faizi mobil qurğuların sevimli istehsalçısı kimi "Samsung" şirkətini qeyd ediblər. Ümumi reytinqdə ABŞ sakinlərinin sevimli brendi "Apple" (39%) olub. İkinci yerdə isə "Samsung" qərarlaşıb. 

Respondentlərin 25 faizi deyib ki, onların üstünlük verdiyi mobil brend yoxdur.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı