Xəstəlikləri qısa müddətdə aşkar edən yığcam analizator yaradılıb İyun 08, 2016 | 10:00 / Texnoloji yeniliklər

“Spartan Bioscience” şirkəti dezoksiribonuklein turşusunun (DNT) analizi üçün hazırlanmış “Spartan Cube” adlı yığcam cihazını təqdim edib. Yeni qurğu 30 dəqiqə ərzində xəstəlik, mikrob və ya infeksiya üzrə əhatəli genetik analiz aparmaq qabiliyyətinə malikdir.

hi-tech.mail.ru saytının məlumatına görə, kub formasında hazırlanmış analizator bir sıra xəstəlikləri, yoluxucu bakteriyaları və zərərli mikrobları aşkar edə bilir. Cihazı suyun çirklənməsi, məhsulların keyfiyyəti və ya insanlarda xəstəliklərin aşkar edilməsinin analizi üçün istifadə etmək olar.

Analizin nəticəsini Wi-Fi şəbəkəsinin köməyilə planşet və ya noutbuka yükləmək mümkündür.

İstehsalçılar iyulun sonunda Filadelfiyada (ABŞ) keçiriləcək konfransda qurğu haqqında daha ətraflı məlumat verəcəklər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı