Eduroama 1 milyard çıxış qeydə alınıb İyun 07, 2016 | 03:00 / Mühüm hadisələr

Elm və təhsil üçün virtual mühitin inkişafına qlobal səviyyədə dəstək verən Eduroam (education roaming) xidmətində 2016-cı ilin əvvəllərindən 1 milyard rouminq autentifikasiyası qeydə alınıb.

Eduroam alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi – GEANT tərəfindən təqdim edilən Eduroam xidmətinin məqsədi elm və təhsil ictimaiyyətinə beynəlxalq və milli səviyyədə əməkdaşlıq etmək üçün yardım göstərməkdir. Hazırda Eduroam xidmətinə qoşulan hər bir tədqiqatçı ölkə daxilində və xaricdə 70 ölkədə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.

Yüzlərlə institut arasında genişmiqyaslı əməkdaşlığa imkan yaradan Eduroamun infrastrukturunun milli və beynəlxalq koordinasiyası GEANT tərəfindən həyata keçirilir. GEANT xidmətlər üçün texniki və təşkilati standartları təmin edən Qlobal Eduroam İdarəçilik Komitəsinə dəstək verir.

Qeyd edək ki, ölkəmizdə Eduroam şəbəkəsinin yaradılması GEANT Assosiasiyasında Azərbaycanı təmsil edən AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir. AzScienceNet elm-kompüter şəbəkəsinin bazası əsasında AMEA-nın bütün qurumlarında Eduroam xidmətinin yaradılması, genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində institut tərəfindən ardıcıl işlər aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı