3D-printerdə çap olunmuş ilk təyyarə nümayiş etdirilib İyun 07, 2016 | 10:30 / Texnoloji yeniliklər

Fransanın “Airbus” aviaşirkəti Almaniyada keçirilən beynəlxalq aerokosmik sərgidə 3D-printerdə çap olunmuş ilk mini-təyyarə modelini nümayiş etdirib. 3D-çap texnologiyalarının geniş tətbiqi imkanlarını yoxlamaq üçün hazırlanmış “Thor” adlı yeni təyyarənin çəkisi 21 kq, uzunluğu isə 4 m təşkil edir.

“Biz bu sınağı 3D-printerin köməyilə ayrı-ayrı detalların deyil, həm də bütöv bir sistemin hazırlanma prosesini sürətləndirməyin mümkün olub-olmadığını öyrənmək üçün həyata keçirdik”, – deyə ideyanın müəllifi Detlef Koniqorski bildirib.

gazeta.ru saytının məlumatına görə, 3D-çap texnologiyalarının aviasiyada tətbiqi vaxta və vəsaitə qənaət edilməsinə imkan verəcək, həmçinin çap olunmuş təyyarələr daha az yanacaq istifadə edəcək.

Qeyd edək ki, hələ 2015-ci ilin may ayının əvvəlində “Airbus” şirkətinin “A350 XWB” təyyarəsinin hissələrinin 3D-çapına başladığı bildirilmişdi.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı