“I Regional İnternet İdarəçiliyi Forumu”na start verildi Yanvar 22, 2014 | 11:59 / Konfranslar, iclaslar

Bu gün Kempinski Badamdar otelində “Bakutel-2013” sərgi-konfransı çərçivəsində “I Regional İnternet İdarəçiliyi Forum”u öz işinə başlayıb. 3 gün davam edəcək forumun təşkilatçıları AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ofisi (BMTİP), İnternet İdarəçiliyi Forumu, Azərbaycan İnternet Forumu (AİF), “Eurodesign” və “SİNAM” şirkətləridir. 

Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, açıq forum İKT sahəsində aktual mövzular üzrə milli və regional forumların təşkili, ideya və təcrübələri bölüşərək mövcud problemlərin müəyyənləşdirilməsi və onların birgə həllinə yönəlmişdir. 

Qeyd edib ki, forum inkişafda olan ölkələrə İnternet idarəçiliyi prosesində iştirak etməyə imkan yaratmaqla yanaşı, dövlət və özəl sektorlarda fəaliyyət göstərən insanları bir araya gətirərək innovativ layihələrin həyata keçirilməsinə rəvac verir. Həmçinin İnternet idarəçiliyində gənclərin iştirakı və rolunu artırır. 

BMTİP-nin Azərbaycan üzrə nümayəndəliyinin rəsmisi Nataliya Alhazişvili tədbiri son illərdə ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərin məntiqi nəticəsi kimi qiymətləndirib. O, forum iştirakçılarını İnternet idarəçiliyi siyasəti ilə bağlı aparılacaq müzakirələrdə fəal iştirak etməyə çağırıb. 

Sonra çıxış edən AİF-in prezidenti Osman Gündüz tədbirin müstəsna əhəmiyyətindən danışıb: “İnternet idarəçiliyi ilə bağlı meydana çıxan problemlərin həlli ətrafında bir araya gəlməli, bilik və təcrübələrimizi bölüşməliyik. Bu baxımdan forum dəyərli platformadır”. 

Forumun “İnternet idarəçiliyi regional problemlərin həlli kimi: yeni tendensiyalar, imkanlar və risklər” adlı seksiya iclasında Rusiya Federasiyası Dövlət Dumasının üzvü Robert Şleqel informasiya cəmiyyətinin yaratdığı problemlər, İnternetdə uşaqların təhlükəsizliyinin təmini məsələlərindən söz açıb, bu sahədə Rusiya təcrübəsini bölüşüb. 

“İnternetsiz həyatı təsəvvür etmək çətindir” tezisi ilə çıxış edən Azərbaycan Diplomatik Akademiyasının informasiya texnologiyaları üzrə direktoru Rahid Ələkbərlisosial media, sosial şəbəkələr və ümumilikdə İnternetin cəmiyyətin həyatına gətirdiyi inqilabi dəyişikliklərdən söhbət açıb. Bütün dünya üzrə İnternetdən istifadə ilə bağlı bəzi statistik göstəriciləri diqqətə çatdırıb: “Dünya İnternet istifadəçiləri hər gün orta hesabla qlobal şəbəkədə 3,2 saat vaxt keçirir, youtube vasitəsilə 4 milyarddan çox video paylaşır, Twitter-də 175 milyon tvit göndərirlər.” 

Prezident İlham Əliyevin “ölkəmizdə iqtisadi potensialı intellektual potensiala çevirmək əsas hədəflərdəndir” fikrini önə çəkən R.Ələkbərli Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından, yeni layihələrdən danışıb. 

AİF-in üzvü Rəşad Əliyev “İnternetin idarəolunmasına iqtisadi baxış” mövzusunda məruzə ilə çıxış edib. Bu sahədə dünya təcrübəsindən sitatlar gətirərək, biznesin inkişafında İnternetin əvəzsiz rolundan söhbət açıb. 

Sonda məruzəçilər çoxsaylı sualları c

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı