Uşaq və yeniyetmələrdə internet-asılılığın diaqnostika və profilaktikası məsələləri müzakirə olundu May 23, 2016 | 11:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Uşaq və yeniyetmələrdə internet-asılılığın diaqnostika və profilaktikası məsələləri” mövzusunda məruzəni təqdim edən institutun böyük elmi işçisi Nəzakət Məlikova bildirdi ki, müasir dövrdə internet uşaq və yeniyetmələr üçün tədris və əyləncə vasitəsidir. Dünyada qlobal şəbəkə istifadəçilərinin sayının sürətlə artması nəticəsində internet-asılılıq sindromunun yayılması riski artmışdır. Bu məqsədlə azyaşlıların internetin zərərli təsirlərindən qorunması, onların təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Onun sözlərinə görə, internet-asılılığın əlamətlərinə istifadəçilərin öz elektron poçtu və şəxsi məlumatlarını hər zaman yoxlamaq istəyi, onlayn oyunlara sərf olunan zamanın artması və s. daxildir. O, həmçinin insanın internet-asılılığın psixoloji, fiziki və diaqnostik əlamətlərini diqqətə çatdıraraq bildirdi ki, son 12 ay ərzində internet-asılılığın əlamətlərindən ən azı üçü müşahidə olunarsa bu, şəxsin internetdən asılı olduğunun göstəricisidir.

“İnternet asılılığın profilaktikası üzrə iş müəyyən dərəcədə uşaqların valideynlərindən asılıdır”,– deyə bildirən N.Məlikova valideynlərin asudə vaxtını uşaqlarla keçirməsinin, onların maraq dairəsinin formalaşdırılmasına yardım etməsinin və ünsiyyət bacarıqlarının inkişaf etdirməsinin uşaqların bu problemlərlə qarşılaşmaması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, valideynlər ilk gündən uşaqlar üçün kompüterdən istifadə qrafiki müəyyən etməli, onların faydalı veb-saytlardan istifadəsini təmin etməli, uşaqların internetdə aktivliyinə nəzarət etməlidirlər.

Azərbaycanda uşaqların və yeniyetmələrin internet asılılığı ilə bağlı mövcud vəziyyəti diqqətə çatdıran məruzəçi qeyd etdi ki, bu gün ölkəmizdə uşaqları internetdə yayılan zərərli informasiyalardan qorumaq, onların mənəvi-əxlaqi dəyərlərimizə uyğun informasiyalar əldə etməsini təmin etmək vacib məsələlərdəndir.

Sonda N.Məlikova internet asılılığın vaxtında aşkar edilməsinin uşaqların psixoloji dəyişikliklərinin qarşısının alınmasına və  profilaktik tədbirlərin görülməsinə imkan verdiyini söylədi.

Məruzə ətrafında geniş fikir mü­­badiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı