Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş məruzələr dinlənildi May 24, 2016 | 05:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransının seksiya iclaslarında elektron tibbin çoxaspektli problemlərinə həsr olunmuş məruzələr dinlənildi. Konfransın “Tibdə İKT-nin elmi-nəzəri problemləri” seksiyasında səhiyyədə Big Data, e-səhiyyədə informasiya təhlükəsizliyi, tibdə Data Mining texnologiyaları, elektron sağlamlıq kartlarının buludlaşması, fərdi tibbi məlumatların onlayn mühitdə təhlükəsizliyi, informasiya cəmiyyəti şəraitində elektron tibbin iqtisadi tənzimlənməsi və digər istiqamətlərdə məruzələr təqdim olundu.

“Tibdə İKT-nin praktiki problemləri” seksiyası üzrə superkompüterlərin e-tibdə tətbiqi, tibbi ekspert sistemlərinin imkanları, teletibb, qan bankı verilənlər bazası və onlayn donor “randevu” sistemi, elektron tibdə biometrik texnologiyaların tətbiqi, Azərbaycan Tibb Universitetində elektron tibbin müasir vəziyyəti və perspektivləri, nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemində biliklərin təsviri modelləri və s. ətrafında müzakirələr aparıldı.

“İKT-nin tibbi problemləri” seksiyası üzrə isə informasiyanın əhalinin sağlamlığına təsiri problemləri, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası prosesində İKT-nin rolu, kompüterdən ifrat istifadə nəticəsində yaranan bəzi fəsadlar və onların qarşısının alınması yolları, müasir texnologiyaların uşaqların sağlamlığına zərərli təsirləri və onlardan qorunma mexanizmləri, uşaq və yeniyetmələrdə internet asılılığının diaqnostika və profilaktikası məsələləri ilə bağlı aparılmış araşdırmalar təqdim olundu.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı