Baxışla idarə olunan ilk virtual mağaza istifadəyə verilib May 20, 2016 | 12:00 / Texnoloji yeniliklər

ABŞ-ın “eBay” şirkəti ilk virtual reallıq mağazasını istifadəyə verib. Layihə Avstraliyanın “Myer” pərakəndə satış şirkəti ilə birgə həyata keçirilib.

lenta.ru saytının məlumatına görə, virtual mağazaya virtual eynəklər vasitəsilə daxil olmağa imkan verən “eBay Virtual Reality Department Store” proqramı “Android” və “iOS” əməliyyat sistemləri ilə işləyən qurğular üçün nəzərdə tutulub. Xüsusi qurğuları olmayan alıcılar üçün “Myer” və “eBay” 20 min ödənişsiz “Google Cardboard” virtual reallıq eynəyini təqdim edir.

Həmçinin virtual alış-veriş üçün istifadəçiyə hərəkətlərini baxışla idarə etməyə imkan verən xüsusi “eBay Sight Search” texnologiyası hazırlanıb. Müəyyən əşyanı seçmək üçün ona bir neçə saniyə diqqətlə baxmaq tələb olunur.

Mütəxəssislərin sözlərinə görə, alqoritm gələcəkdə alıcılara onların əvvəlki alış-verişlərinə əsaslanaraq məhsullar təklif edəcək.

Hazırda “3D” formatında yalnız 100 ən populyar məhsula baxmaq mümkündür. Daha 12,5 min əşya ilə “2D” formatında tanış olmaq olar.

Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay” həmçinin “PayPal” və “ebay Enterprise” şirkətlərinin sahibidir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı