Yeni qurğu klaviatura və mausu əvəz edəcək May 17, 2016 | 03:26 / Texnoloji yeniliklər

“Tap Systems” şirkətinin mühəndisləri tərəfindən hazırlanmış “Tap” adlı daşınan qurğu mətnin qoşulan klaviatura və ya ekran klaviaturası olmadan daha tez daxil edilməsi üçün alternativ üsul və virtual reallıq kontrolleri kimi təqdim edilir.

3dnews.ru saytının məlumatına görə, 31-dək basılma jestini tanıya bilən elastik manipulyator barmaqların hərəkətini qeydə alır, müvafiq proqram təminatı isə onu “Bluetooth” ilə qoşulmuş qurğu üçün əmr halına gətirir.

Qurğunun sahibi onu əlinə taxaraq virtual klaviaturada olduğu kimi yazır. İstehsalçılar bildirirlər ki, qadjetlə yazmaq üçün relyefindən və struktur xüsusiyyətlərindən asılı olmayaraq istənilən səth uyğundur.

Cari ildə qurğunun kommersiya istehsalına başlanılması gözlənilir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı