17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür May 17, 2016 | 10:00 / Mühüm hadisələr

Bu gün bütün dünyada 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir.

Bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilir.

Beləliklə, BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edir və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

“Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmsal fərqin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Bu tarix hər il müxtəlif mövzular altında qeyd edilir və cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “Sosial təsirlər naminə İKT sahəsində sahibkarlıq fəaliyyəti” mövzusuna həsr edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı