WhatsApp səsli rabitə xidmətini istifadəçilərin ixtiyarına verəcək Fevral 25, 2014 | 12:15 / Texnoloji yeniliklər

“Facebook” sosial şəbəkəsinin 19 milyard ABŞ dollarına satın aldığı WhatsApp messenceri səsli rabitə xidmətini istifadəçilərin ixtiyarına verəcək. cybersecurity.ru saytının məlumatına görə, bu haqda Barselonada keçirilən Mobile World Congress sərgisində WhatsApp-ın təsisçisi və baş direktoru Yan Kum bildirib. Hazırda messencer yalnız mətn yazmaq, foto, video və audio mübadiləyə imkan verir, bu ilin ikinci rübündən etibarən isə artıq zənglər etmək də mümkün olacaq. 

Baş direktorun sözlərinə görə, zəng etmək imkanı əvvəlcə Android və iPhone platformalarında, sonra isə Windows Phone qurğularında и BlackBerry-nin bəzi modellərində əlyetərli olacaq. 

Məlumatlarla ani mübadilə servisi olan WhatsApp-dan dünyanın 100-dən artıq ölkəsində istifadə olunur. Proqram iOS, Android, BlackBerry, Symbian, Windows Phone platformalarında işləyən qurğularda və Nokia S40 proqram platformasında quraşdırılır. 

WhatsApp proqramından hər ay orta hesabla 465 milyonadək mobil platforma sahibi istifadə edir, bu xidmət pulsuz SMS həvəskarları arasında olduqca populyardır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı