Dünyasını dəyişmiş insanların səhifəsini redaktə etmək mümkün olmayacaq Fevral 25, 2014 | 10:38 / Texnoloji yeniliklər

"Facebook" sosial şəbəkəsi dünyasını dəyişmiş insanların səhifəsini redaktə etmək və onun gizlilik sazlamalarında dəyişikliklər etməyi qadağan etdi. Bu barədə lenta.ru saytında məlumat verilir. 

Bildirilir ki, bu günə qədər dünyasını dəyişmiş şəbəkə istifadəçilərinin səhifələrini elə redaktə etmək mümkün idi ki, onu ancaq rəhmətə gedən insanın yaxınları görə bilsin. Bundan sonra isə belə insanların profili onların sağlığında istifadə etdikləri kimi saxlanılacaq. "Biz insanların seçiminə hörmətlə yanaşırıq və onların səhifələrini həm yaxınları, həm də digər şəbəkə istifadəçiləri üçün əlçatan edirik" - deyə şirkət nümayəndəsi bildirib. 

Bundan əlavə, Facebook, mərhum şəxsin xatirəsini əbədiləşdirmək üçün "A Look Back" ("Geriyə baxış") adlı xüsusi videorolik hazırlamaq niyyətindədir. Bunun üçün dünyasını dəyişmiş insanların yaxınları sosial şəbəkə rəhbərliyinə xüsusi sorğu gönndərməlidir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı