Televiziya qarşısında uzun müddət əyləşmək ölümcül xəstəliklərə səbəb ola bilər May 04, 2016 | 09:00 / Maraqlı məlumatlar

Yaponiyanın Osaki Universitetinin Sosial tibb bölməsinin əməkdaşlarının bildirdiyinə görə, uzun müddət televiziya izləmək ölümcül xəstəliklərə səbəb ola bilər.

40-79 yaş arası 86 min yaponiyalı arasında 18 il ərzində aparılan araşdırmalara əsasən, gün ərzində 5 saatdan çox televiziya qarşısında əyləşmək ağciyər emboliyası (qan laxtası ilə ağciyərlərdəki arteriyanın tıxanması) riskini artırır. Belə ki, əsasən ayaqlarda yaranmış tromb qan damarları vasitəsilə ağciyərlərə daxil olur, arteriyanı tıxayır və insan nəfəs çatışmazlığından dünyasını dəyişir.

Наука и жизнь” jurnalının məlumatına görə, araşdırmada iştirak edənlərin (36 min kişi və 50 min qadın) səhhətinin uzun müddət izlənilməsinin nəticələri göstərdi ki, ağciyər emboliyasına əsasən televiziyanı 5 saatdan çox izləyən şəxslərdə rast gəlinir. 60 yaşa qədər olan insanlarda isə bu risk 6 dəfə daha yüksəkdir.

Səbəb ayaqların uzun müddət hərəkətsiz qalmasıdır. Buna görə də tədqiqatın müəllifləri saatlarla əyləşən insanlara arabir hərəkət etməyi və qanın laxtalanmaması üçün bol su içməyi məsləhət görür.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı