İnsan sifətini tanıyan portativ dron-kamera təqdim olunub Aprel 28, 2016 | 10:00 / Texnoloji yeniliklər

Çinin “Zero Zero Robotics” şirkəti insanın sifətinə istiqamətlənərək çəkiliş obyektini müstəqil izləyə bilən portativ “Hover” dron-kamerasını təqdim edib.

nanonewsnet.ru saytının məlumatına görə, “Hover” əsas məqsədi verilən obyektin video çəkilişi olan ixtisaslaşmış pilotsuz uçan aparatdır. İstehsalçılar qeyd edirlər ki, məhz istifadə olunan təsvirin tanınması texnologiyası “Hover”i rəqibləri “Lily” və “DJI Phantom 4” qurğularından fərqləndirir. Belə ki, “Lily”obyektin izlənməsi üçün xüsusi fənərli bilərzikdən istifadə edir, “DJI Phantom 4” isə hərəkət detektoru kimi işləyir və insanların çoxluq təşkil etdiyi yerlərdə konkret şəxsi ayırd edə bilmir.

Rotorlu mühafizə ilə təchiz edilmiş bükülən dron-kameranın çəkisi 250 qramdan az olduğundan onun əksər ölkələrdə mülki pilotsuz uçuş aparatlarının məhdudlaşdırılmasını nəzərdə tutan qeydiyyatdan keçirilməsi tələb olunmur. Kamera 13 meqapiksellik fotoşəkillər və “4K” təsvir ölçüsündə videolar çəkə bilir. Pilotsuz uçuş aparatı hərəkətin yerə nisbətini izləmək üçün rəqəmsal təsvir sabitləşdiricisindən və optik axın kamerasından istifadə edir.

Yeni dron-kamera üçün ilkin sifarişlərin qəbuluna yay aylarında başlanılacaq. Aparatın qiymətinin təxminən 600 ABŞ dolları təşkil edəcəyi gözlənilir. Uçan kameraların alıcılara 2016-cı ilin sonunda çatdırılması nəzərdə tutulur.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı