AMEA İnformasiya Texnologiyaları İnstitutunun futbol komandası institutlararası III futbol çempionatının qrup oyunlarında qalib gəlib Aprel 27, 2016 | 02:00 / Mühüm hadisələr

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatı keçirilir.

AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan oyunlarda 16 komanda mübarizə aparır.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan qrup oyunlarında AMEA İnformasiya Texnologiyaları İnstitutu və AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun komandaları qarşılaşıb. Təmsilçilərimiz 7:2 hesabı ilə qalib gəlib.

Növbəti qrup oyunlarında AMEA İnformasiya Texnologiyaları İnstitutu və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun komandaları qarşılaşacaq.

Bu mübarizədə komandamıza uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı