“Vikipedia” min cildli kitab şəklində dərc ediləcək Fevral 24, 2014 | 12:00 / Texnoloji yeniliklər

"Vikipedia" onlayn ensiklopediyasının ingilisdilli bölməsində hazırda 4,5 milyon məqalə yer alıb və bu bölmə 270-dən çox dil bölməsi arasında həcmcə ən tutumlu hesab edilir. "Wikipedia Books Project" layihəsinin iştirakçıları məhz bu bölmədəki materialları çap şəklində dərc etmək niyyətindədirlər. 

İngilisdilli "Vikipedia"nın hər biri 1200 səhifədən ibarət olmaqla min kitab cildinə yerləşəcəyi, bütün cildlərin saxlanılması üçün isə uzunluğu 10 metr, hündürlüyü 2,5 metr stellajın lazım olacağı güman edilir. 

"Wikipedia Books Project" iştirakçıları kitabları qalın cilddə nəşr etməyi düşünürlər. Formatlama mətn və qrafikin hər səhifədə üç sütunda yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, monoxrom çap texnologiyasından istifadə ediləcək. Lakin layihə üçün kifayət qədər pul vəsaitinin toplanması mümkün olsa, nəşrin rəngli variantı da nəzərdən keçiriləcək. 

Qeyd etmək lazımdır ki, "Vikipedia"nın daima yenilənməsi və redaktə olunması səbəbindən cildlər hazırlanan zaman layihə müəllifləri dəyişiklikləri qısa zaman kəsiyində etməli olacaqlar. 

Lakin "Vikipedia"nın çap şəklində buraxılmasından praktiki fayda şübhə doğurur. Birincisi, nəşr bir nüsxədə planlaşdırılır. İkincisi, 1000 cildli kitabda informasiyanı axtarmaq heç də rahat olmayacaq. 

Buna baxmayaraq, layihə müəllifləri nəzərdə tutulan 50 min dollardan 3500 dollar toplaya biliblər. www.3dnews.ru saytının məlumatına görə, vəsait toplanışı bundan sonra daha 50 gün ərzində davam edəcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı