“Uçan poçtalyonlar” Aprel 22, 2016 | 10:00 / Texnoloji yeniliklər

Mühəndislər pilotsuz uçuş aparatlarını poçtalyona çevirmək niyyətindədirlər. Belə ki, Avstraliyanın poçt xidməti dronları sınaqdan keçirir.

Poçt dronlarının hazırlanması ilə məşğul olan “ARI Labs” şirkətindən bildirilib ki, pilotsuz təyyarələr yüksək texniki göstəricilərə malik kamera, qəza paraşütü, xəbərdarlıq edən işıq və səs siqnalları ilə təchiz ediləcək.

“Uçan poçtalyonlar” daim yerüstü idarəetmə stansiyasına məlumat ötürəcək ki, bu da mühəndislərə real vaxtda uçuşun bütün parametrlərini izləməyə imkan verəcək.

Poçt bağlamalarının dronların köməyilə qapıya çatdırılması xidməti, xüsusilə fiziki imkanları məhdud şəxslər və yaşlı insanlar üçün faydalı olacaq.

techcult.ru saytının məlumatına görə, “ARI Labs” şirkəti prosesi daha da avtomatlaşdırmağı və insan əməyindən istifadə etməməyi planlaşdırır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı