24 fevral - Stiv Cobsun anadan olduğu gündür Fevral 24, 2014 | 10:02 / Texnoloji yeniliklər

Stiv Cobs kimi məşhur olan Stiven Pol Cobs "Apple", "Next", "Pixar" şirkətlərinin banilərindən biridir. O, dünya kompüter sənayesinin əsas fiqurlarından hesab olunur

"Apple" kompüter imperiyasının yaradıcısı Stiv Cobs 1955-ci il fevralın 24-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub. 

O, biznesə dostu Stiv Voznyakla birgə uzaq məsafələrə pulsuz zəng etmək imkanına malik xüsusi qurğular - "göy qutular"ın istehsalı ilə başlayıb. Texnika sahəsində böyük zəka sahibi olan Voznyak və "anadangəlmə biznesmen" Cobs bir-birini yaxşı tamamlayırdılar. Lakin dostlar "göy qutularla" o qədər də uzun müddət məşğul olmadılar. Onlar tezliklə, satış üçün hazır kompüterlərin quraşdırılması üzərində işləməyə başladılar. Beləliklə, 1976-cı ildə "Apple Computer Co." şirkətinin əsasını qoydular. Şirkətin ilk böyük sifarişi yerli elektronika mağazası üçün 50 Apple I kompüterinin hazırlanması oldu. 

Yarım ildən sonra Voznyak və Cobs dünyada ilk kütləvi fərdi kompüter olan Apple II-ni təqdim etdilər. 80-ci illərin sonlarında artıq şirkət milli səviyyədə tanınmağa başlamışdı. 25 yaşlı Cobsun şəxsi kapitalı isə 200 milyon dollar idi. 

Növbəti illərdə S.Cobs 2 yeni şirkətin, "NeXT" və "Pixar"-ın əsasını qoydu. Nəticədə Pixar dünyanın ən uğurlu animasiya studiyası oldu. 2001-ci ildə "Apple" dünyada ilk iPod pleyerini təqdim etdi. Onun satışları cəmi 1 il sonra şirkətin əsas gəlir mənbəyinə çevrildi. 2006-cı ildə Apple TV-nin şəbəkə multimedia pleyeri satışa çıxarıldı. 

Növbəti ildən dünyaca məşhur iPhone-un satışlarına start verildi. 2008-ci ildə isə şirkət rəhbəri dünyada ən nazik noutbuku - MacBook Air-i nümayiş etdirdi. 

Stiv Cobs 5 oktyabr 2011-ci ildə, mədəaltı vəzinin xərçəngindən 56 yaşında dünyasını dəyişdi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı