İnstitutun əməkdaşları arasında dama və şahmat idman növləri üzrə seçim turu keçirildi Aprel 12, 2016 | 04:00 / Mühüm hadisələr

Ölkədə idmanın sürətlə inkişaf etdiyi bir zamanda müxtəlif elmi müəssisələrdə bu sahəyə xüsusi diqqət göstərilir. Azərbaycan Milli Elmlər Akademiyasında da əməkdaşların elmi-ictimai, mədəni-kütləvi fəaliyyətini dəstəkləyən, eyni zamanda onların hərtərəfli inkişafını hədəfləyən ənənəvi layihələr reallaşdırılır. AMEA-da keçiriləcək tennis, dama və şahmat idman növləri üzrə institutlararası spartakiada da bu qəbildəndir.

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları arasında dama və şahmat idman növləri üzrə seçim turu keçirildi. Hər idman növü üzrə qadın və kişi iştirakçılardan hər biri 2 nəfər olmaqla, cəmi 4 nəfər qalib gəldi.

Qaliblər institutlararası spartakiadada 1-ci yer uğrunda mübarizəyə qoşulacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı