Elektron universitetin yaradılması informasiya cəmiyyətinin tələblərindəndir Fevral 24, 2014 | 10:42 / Konfranslar, iclaslar

Bu fikri texnika elmləri doktoru, professor Məsumə Məmmədova Elmi Şuranın iclasında səsləndirdi. Rəhbərlik etdiyi şöbənin 2014-cü il üçün fəaliyyət planını təqdim edən məruzəçi öncə şöbədə aparılacaq elmi-tədqiqat işlərini diqqətə çatdırdı. Əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində qeyri-səlis modelləşdirmə əsasında İT mütəxəssislərin kompetensiyalarının qiymətləndirilməsi metodları, qeyri-müəyyənlik şəraitində İT mütəxəsislər bazarında tələb və təklifin intellektual texnologiyalar əsasında proqnozlaşdırılması metodları və s. işlənilməsinin əhəmiyyətindən söz açaraq, bu istiqamətlərdə şöbədə tədqiqatların aparıldığını bildirdi. 

Şöbə müdiri biliklərin əldə olunmasında yeni təhsil üsullarının üstünlüklərindən də danışdı. O, tədris prosesinin təşkili üçün avtomatlaşdırılmış distant təlim sistemi olan elektron universitetin yaradılmasının informasiya cəmiyyətinin tələblərindən olduğunu qeyd edərək Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsinin vacibliyini vurğuladı. Şöbədə insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənilməsi ilə bağlı işlərin aparıldığını qeyd etdi. 

Bildirdi ki, artıq bir neçə ildir ki, şöbədə linqvistik informasiya texnologiyaları problemlərinin araşdırılması istiqamətində tədqiqatlar aparılır, bu texnologiyaların tətbiqi ilə ingilis-azərbaycan dilli situasiyada öyrədici ekspert sistemin işlənilməsi üçün müəyyən nəticələr əldə edilib və cari ildə də bu istiqamətdə tədqiqatlar davam etdiriləcək. 

M.Məmmədova elmi-innovasiya işləri çərçivəsində “Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin işlənməsi” layihəsinin reallaşdırılmasından alınan nəticələrin elmi-analitik təhlillərinin aparılacağını diqqətə çatdırdı. 

Məruzəçi cari ildə “SOCAR üçün intellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli idarə olunması problemlərinin həlli mexanizmlərinin işlənilməsi” layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlərin təşkili, vəziyyəti və görüləcək işlərlə bağlı məlumat verdi. 

Aparılan elmi tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı görüləcək işlərdən danışdı. 

Sonda fəaliyyət planı ətrafında müzakirələr aparıldı, irad və təkliflər səsləndirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı