Bikəs Ağayevi 65 illik yubileyi münasibətilə təbrik edirik! Fevral 24, 2014 | 12:00 / Yubileylər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayevin bu gün 65 yaşı tamam olur. 

Bikəs Ağayev Ç.İldırım adına Politexnik İnstitutunun "Avtomatika və telemexanika" fakültəsini bitirib. Təyinatla Kibernetika İnstitutu yanında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində əmək fəaliyyətinə başlayan B.Ağayev texnik, mühəndis, sektor müdiri, layihənin baş mühəndisi vəzifələrində işləyib. 1995-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır. 

B.Ağayev “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Audioinformasiyanın paylanmış emalı sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda namizədlik dissertasiyasını (texnika elmləri üzrə) müdafiə edib. 

Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə lüminofor tərkibli plastmas jetonların hazırlanma texnologiyası işlənmişdir. 

B.Ağayev hazırda audio-mining texnologiyaları bazasında qərarların qəbuluna dəstək sistemlərinin yaradılması, audio-mining sistemlərində audiobaza verilənlərinin emalı metod və alqoritmlərinin işlənməsi, sosioinformasiya texnologiyaları problemləri istiqamətində elmi cəmiyyətlərin sosial şəbəkələri əsasında elmdə idarəedici qərarların qəbuluna dəstək sistemlərinin işlənməsi problemləri üzrə tədqiqat işləri aparır. 

İnstitutun kollektivi Bikəs müəllimi anadan olmasının 65 illiyi münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı