Texnoparkların yaradılması və idarə olunması problemlərinə həsr olunmuş elmi seminar keçirildi Mart 30, 2016 | 12:00 / Konfranslar, iclaslar

Müasir dövrdə texnoparkların yaradılması elmi-texnoloji nailiyyətlərə əsaslanan iqtisadiyyatın davamlı inkişafına və onun rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Texnoparklar, həmçinin innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsinə və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin təşkilinə, innovasiya şirkətlərinin formalaşdırılmasına, təhsil-elmi tədqiqat-sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə yeni imkanlar yaradır.

Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin seminarında çıxış edən institutun böyük elmi işçisi Roza Şahverdiyeva bildirib. “Texnoparkların yaradılması və idarə olunması problemlərinin təhlili” mövzusunda məruzə ilə çıxış edən R.Şahverdiyeva texnoparkların yaradılması məqsədlərindən danışıb.

Müasir dövrdə texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələrini diqqətə çatdıran məruzəçi bu sahələrin İKT, ekologiya, elektronika, proqram mühəndisliyi,  kompüter avadanlığı, biznes-sənaye xidmətləri, biotexnologiya və nanotexnologiya kimi sferaları əhatə etdiyini söyləyib.

O, həmçinin texnoparkın funksiyaları, fəaliyyət göstəriciləri və müasir idarəetmə texnologiyaları, gələcəyin innovativ istehsal müəssisəsinin inkişaf istiqamətləri, intellektual sistemlərin tətbiqi, idarəetmədə insan faktorunun rolunun artırılması kimi problemlər barədə məlumat verib.

Texnoparkların idarəedilməsi üzrə rast gəlinən problemlərdən söz açan məruzəçi bu problemlərin inkişafın planlaşdırılması, fəaliyyətin təşkili, fəaliyyətin motivasiyası və dövlət nəzarəti üzrə problemləri əhatə etdiyini vurğulayıb.

“Texnoparkların fəaliyyətinin idarə olunması sisteminə innovativ texnologiyaların tətbiqi ilə bir sıra səmərəli nəticələrə nail olmaq mümkündür”, – deyə bildirən R.Şahverdiyeva idarəetmə strukturunun effektivlilik səviyyəsinin yüksəldilməsi, kreativ insan resurslarınından istifadə, idarəetmə qərarlarının  səmərəliliyinin və texnoparkların  rentabellik səviyyəsinin yüksəldilməsi, innovativ məhsul və xidmətlərin  beynəlxalq bazarlara çıxış imkanlarının artırılması və s.-nin məhz bu məqsədlərə xidmət etdiyini söyləyib.

Məruzə ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı