“BBC” şagirdləri proqramlaşdırmaya cəlb edir Mart 24, 2016 | 10:40 / Maraqlı məlumatlar

Britaniya Yayım Korporasiyası “BBC”nin dəstəyi ilə İngiltərə və Uelsdə şagirdlərin kompüter elmləri üzrə biliklərini təkmilləşdirmək üçün onlara proqramlaşdırmanı öyrədən yeni tədris proqramı hazırlanıb. 

Computerworld” jurnalının məlumatına görə, proqramda əsas diqqət uşaqların hazır kompüter proqramlarından istifadəsinə deyil, proqramlaşdırmanın tədrisinə yönəlib.

Qeyd edək ki, “BBC” mütəmadi olaraq müxtəlif texnologiya şirkətləri, dövlət qurumları və məktəblərlə əməkdaşlıq çərçivəsində uşaqları rəqəmsal texnologiyalar və proqramlaşdırmaya cəlb edən maarifləndirici layihələr həyata keçirir.

Hələ 30 il əvvəl “BBC” Böyük Britaniyada kompüter biliklərinin artırılması məqsədilə genişmiqyaslı layihələr reallaşdırırdı. Belə ki, korporasiyanın sifarişi ilə “Acorn” şirkəti məktəblər üçün “BBC” Micro” mikrokompüterini hazırlayaraq britaniyalı məktəblilərin texnologiya və proqramlaşdırmaya marağının artmasına kömək edib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı