Eşitmə qüsurlu insanlar üçün telefon danışıqlarını mətnə çevirən yeni xidmət istifadəyə verilib Mart 28, 2016 | 12:00 / Maraqlı məlumatlar

Avstraliyanın eşitmə qüsurlu insanlar üçün milli “National Relay Service” telefon danışıqlarının tərcüməsi xidməti danışıqların aparılması üçün yeni texnologiya hazırlayıb. Eşitmə qüsuru olan abunəçi artıq həmsöhbəti ilə birbaşa ünsiyyət qura, internetə qoşulmaqla cavabları kompüterin və ya smartfonun ekranında, həmçinin mətn terminalları olan xüsusi telefon aparatlarında oxuya bilər.

Həmsöhbətin sözlərinin mətnə çevrilməsi nitqin tanınması proqramlarının köməyilə xidmət operatoru tərəfindən yerinə yetirilir. Bu zaman sürət adi ünsiyyətdə olduğu kimi dəqiqədə 150-180 sözə çatır.

Qeyd edək ki, Avstraliyada National Relay Service xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmət hazırda danışıqların 8 tərcümə variantını, o cümlədən jest dilindən istifadə etməklə video tərcüməni təklif edir.

Computerworld” jurnalı 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı