Verilənlər elminin problemlərinə həsr olunmuş seminar keçirildi Mart 18, 2016 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti seminarı keçirildi. 

Tədbiri giriş sözü ilə şöbə müdiri Təhmasib Fətəliyev açaraq seminarın “Verilənlər elmi: anlayışlar, məqsədlər, mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunduğunu bildirdi. Qeyd etdi ki, seminarda müzakirə olunan məsələ şöbənin 2016-cı il planında nəzərdə tutulmuş, e-elmin formalaşması problemləri çərçivəsində “Verilənlər haqqında elmin (Data science) təşəkkülü və perspektiv məsələlərinin araşdırılması”mövzusu üzrə aparılmış araşdırmalara həsr olunmuşdur. Verilənlərin elmdə rolunun hər zaman mühüm əhəmiyyət kəsb etdiyini söyləyən T.Fətəliyev elmi verilənlərin qeydiyyatı, emalı və analizinin aktual məsələlərdən olduğunu diqqətə çatdırdı.

Sonra məruzəni təqdim edən şöbənin əməkdaşı Nərgiz Verdiyeva verilənlər elminin (Data Science) əsas məqsədinin verilənlərin qanunauyğunluğunun aşkar edilməsi və ondan ümumiləşdirilmiş formada biliklərin əldə edilməsi olduğunu söylədi, bu sahədə çalışan mütəxəssislərdən tələb olunan bacarıqlardan söz açdı. Bildirdi ki, verilənlər elmi klassik statistika metodlarından böyük həcmli rəqəmsal informasiyanın tədqiqi və onu emal etmək üçün istifadə olunan informasiya texnologiyaları ilə sıx əlaqənin mövcud olması ilə fərqlənir.

Bu sahədə dünya təcrübəsindən, elmin yaranması və təkamülündən danışan məruzəçi verilənlər elmi üzrə magistr proqramları, “Verilənlər elmi və menecment üzrə elmi magistr” hazırlıq proqramı, Data Science ixtisası üzrə keçirilən proqramlar və s. barədə ətraflı məlumat verdi.

Qeyd etdi ki, texnoloji sahədə verilənlərin analizi, sürətli emalı üzrə üstünlüklərə malik olan “data scientist” peşəsi 2012-ci ildən başlayaraq müasir dövrün ən perspektivli peşələrindən hesab olunur. N.Verdiyeva bu elmlə məşğul olan tanınmış mütəxəssislər və onların araşdırmaları haqqında da qısa məlumat verdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı