Mükəmməl xətlə yazan robot hazırlanıb Mart 17, 2016 | 01:10 / Texnoloji yeniliklər

Kaliforniyanın “Evil Mad Scientist” şirkəti təsvirləri marker, lələk qələm, karandaş kimi müxtəlif yazı ləvazimatları ilə kağıza köçürən robot hazırlayıb. “AxiDraw” adlı stolüstü robot USB vasitəsilə kompüterə qoşulur və Inkscape vektor qrafik redaktorunun köməyilə işləyir.

hitech.newsru.com saytının məlumatına görə, çəkisi 1,8 kq olan robot dəvətnamə və təbriknamələrin hazırlanması, şirniyyatların bəzədilməsi və s. üçün istifadə oluna bilər.

Robotu şirkətin saytından əldə etmək mümkündür. Qiyməti 450 ABŞ dolları təşkil edir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı