Ofis işçilərinin qamətinin bərpasına kömək edən proqram təminatı yaradılıb Mart 15, 2016 | 12:00 / Maraqlı məlumatlar

Kompüter arxasında saatlarla vaxt keçirən insanların qamətinə nəzarət və düzəliş edən ilk proqram təminatı – “SitYEA” proqramı yaradılıb.

planet-today.ru saytının məlumatına görə, “Kinect” texnologiyası ilə əlaqələndirilmiş fərdiləşdirilmiş proqram istifadəçilərə zərərli vərdişlər, düzgün olmayan qamət barədə məlumat verir.

“Oturaq iş insan sağlamlığına ciddi zərər vuran müasir epidemiyadır. Ofis işçilərinin 70 faizi gün ərzində orta hesabla 5 saat oturaq vəziyyətdə olur. Buna görə də 6 aydan sonra bu işçilərin 66 faizinin fiziki ağrılardan əziyyət çəkməsi heç də təəccüblü deyil. Araşdırmaların nəticələrinə əsasən, tezliklə dünya əhalisinin 80 faizi (5,8 milyard nəfər) bel ağrısından şikayət edəcək” – “SitYEA”nın baş direktoru Tomas Martunas deyib.

Yeni ixtiranı real həyatda istifadə etmək üçün kompüterə “Kinect” qurğusunu qoşmaq və “SitYEA” proqramını quraşdırmaq lazımdır. Yaxın gələcəkdə sözügedən proqram təminatı kompüterdəki veb-kameralarla inteqrasiya ediləcək.

“Kompüter arxasında işləyən zaman vaxt amilini unuduruq. Buna görə düzgün olmayan qamətin bərpasına kömək edəcək və ya fasilə etmək haqda xatırladacaq “SitYEA” proqramını hazırlamışıq” – Martunas bildirib.

Qeyd edək ki, “SitYEA” proqramı istənilən əməliyyat sistemi ilə istifadə oluna bilər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı