Sosial şəbəkələrin analizi və idarə edilməsi üçün model və alqoritmlər işlənəcək Fevral 21, 2014 | 12:00 / Konfranslar, iclaslar

nformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında çıxış edən texnika elmləri doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbənin 2014-cü il üçün fəaliyyət planını təqdim etdi. Öncə elmi-tədqiqat işləri haqqında məlumat verən məruzəçi şöbədə analitik informasiya və veb-texnologiyaları problemləri istiqamətində aparılacaq araşdırmalardan söz açdı. 

Bundan əlavə, müxtəlif mühitlərdə toplanmış mətnlərin analizi və avtomatik referatlaşdırılması, sosial şəbəkələrin analizi və idarə edilməsi üçün model və alqoritmlərin işlənilməsi, referatlarda relevant mətnlərin və refeatlaşdırma strategiyasının müəyyən edilməsi istiqamətlərində elmi-tədqiqat işlərinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənməsi, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsaslarının araşdırılması ilə bağlı görüləcək işlərdən danışdı. 

Sonra AR Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantları çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verdi. Məruzəçi respublika və beynəlxalq miqyaslı konfranslarda şöbə əməkdaşlarının iştirak ilə bağlı planlardan da danışdı. 

Bildirdi ki, bu il dünyanın SCOPUS, Compendex, ACM Digital Library, IEEE Xplore, DBLP kimi nüfuzlu elmi bazalarında indeksləşən, həmçinin respublika və digər ölkələrin AAK-nın siyahısında olan jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulur. 

Şöbənin beynəlxalq əməkdaşlıq perspektivlərindən söz açan alim vurğuladı ki, 2014-cü ildə İtaliya və Malayziyanın müvafiq qurumları ilə elmi sahədə əlaqələrin qurulması da fəaliyyət planına daxil olan məsələlərdəndir. 

Sonda məruzə ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı