Rekord tutuma malik fləş daşıyıcı təqdim olunub Mart 04, 2016 | 02:46 / Texnoloji yeniliklər

“Samsung” şirkəti tərəfindən hazırlanmış 15,36 TB tutuma malik “SSD” daşıyıcı təqdim olunub. Yeni “Samsung PM1633a” modeli data mərkəzlərdə məlumatların saxlanılması sistemlərinə quraşdırılma üçün nəzərdə tutulub.

cnews.ru saytının məlumatına əsasən, qurğu “V-NAND” texnologiyası üzrə hazırlanmış 512 ədəd fləş yaddaş çipindən yığılıb. Hər bir çipin tutumu 32 GB təşkil edir. “Samsung” şirkəti 2015-ci ilin avqustunda bu kimi mikrosxemlərin kütləvi istehsalına başlayıb.

“Samsung PM1633a” məlumatların ötürülməsi sürəti 12 Gbit/s təşkil edən “Serial Attached SCSI” (SAS) interfeysi ilə təchiz edilib. İstehsalçılar iddia edir ki, bu qurğu sərt diskdən 1000 dəfə daha sürətli işləyir.

Bundan əlavə, “Samsung”un daşıyıcılar seriyasına 7,68 TB, 3,84 TB, 1,92 TB, 960 GB və 480 GB tutumlu qurğular daxildir. Onların 2016-cı ildə satışa çıxarılacağı gözlənilir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı