Azərbaycanda “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində elektron elmi-intellektual baza yaradılır Mart 01, 2016 | 04:59 / Mühüm hadisələr

Azərbaycanda “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində elektron elmi-intellektual baza yaradılır. Müasir dövrdə elmin əsas tələblərindən biri kimi Azərbaycan Milli Elmlər Akademiyasında yaradılan baza gələcəkdə elmi irsin daha etibarlı qorunub saxlanılması və zamanın tələblərinə uyğun şəkildə istifadəsinə geniş imkanlar yaradacaq.

Elektron elmi-intellektual bazanın yaradılması “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində atılan növbəti addımdır. Belə ki, layihə çərçivəsində elmi-tədqiqat işlərinin vahid elektron “Elmi-intellektual baza”sının formalaşdırılması olduqca zəruridir. Hazırda AMEA-nın institutlarında elektron resurslar hər bir elmi müəssisənin öz baza sisteminə uyğun saxlanılır.

Yeni təklif edilən baza sistemi isə AMEA-da toplanan elektron resursların vahid formatda sistemləşdirilməsinə və mövcud elmi informasiyanın qarşılıqlı mübadiləsinə imkan verir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı