“Google” şirkəti səsli redaktə funksiyasını istifadəyə verib Fevral 29, 2016 | 11:00 / Maraqlı məlumatlar

“Google” şirkətinin proqramçıları “Google Docs” onlayn redaktə xidmətində yeni funksiya təqdim ediblər. Artıq istifadəçilər mətni səsin köməyilə yığmaqla yanaşı, onu redaktə edə bilərlər. Sözügedən funksiya hələ ki, yalnız ingilis dilində əlçatandır.

3dnews.ru saytının məlumatına görə, səs əmrlərinin köməyilə sözü seçmək, yeni abzasdan başlamaq, bu və ya digər sözü əvəz etmək, köçürmək, mətnin şriftini qalın etmək və s. mümkündür. Lakin bu xidmətdən yalnız fərdi kompüterlərdə istifadə etmək olar.

Qeyd edək ki, “Google Docs” xidmətində mətnin səslə daxil edilməsi funksiyası 2015-ci ilin sentyabrında istifadəyə verilib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı