“Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” mövzusunda konfrans keçirilib Fevral 20, 2014 | 12:00 / Konfranslar, iclaslar

Avropa Parlamentində “Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” mövzusunda konfrans keçirilib. 

Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilmiş islahatlar və digər məsələlər müzakirə edilib. 

Konfransda Avropa Parlamentinin Estoniyadan olan deputatı Kristina Oyuland bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra ölkəsində institusional sahədə islahatlar yeni texnologiyalar üzərində aparılıb. Bundan böyük fayda götürən və “Skype”ın vətəni Estoniyada elektron xidmətlər köhnə metodları üstələyib. O qeyd edib ki, ölkəsi Azərbaycanın bənzər hədəflərə çatmasına yardım göstərsə də, sonradan “şagird müəllimini ötüb keçmişdir”. 

Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyinin Dövlət İnformasiya Sistemləri və Rabitə üzrə baş katibinin müavini Taavi Kotka Azərbaycanla rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirib. Enerji üzrə də əməkdaşlığın qarşılıqlı maraq üzərində qurulduğunu və bunun bütün sahələrə tətbiq edildiyini deyib. Yeni texnologiyaların və bu sahədə aparılan islahatların həm insanların həyatının rahatlaşması, həm də yeni iş yerləri, sərmayə yerləri, rəqəmsal bazarın yaradılmasında böyük rol oynadığını deyib. 

ictnews.az Elektron Xəbər Xidmətinin məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vətəndaşlara göstərilən xidmətlərdə İKT-dən istifadənin zəruriliyindən danışıb. O, Azərbaycandakı elektron xidmətlərin cari vəziyyətilə bağlı məlumat verərək bu sahədə əldə olunan nailiyyətlərdən söz açıb. 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ildən etibarən “ASAN imza”nın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılmasının istifadəçilərə mobil telefonları vasitəsilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaratdığını deyib. 

Vergilər nazirinin müavini Sahib Ələkbərov elektron vergi sahəsində görülən işlər haqqında iştirakçılara məlumat verərək qeyd edib ki, Avropa İttifaqının dəstəyilə elektron audit sistemi hazırlanıb. 

Elektron hökumətlə bağlı ikinci müzakirə panelində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsbəndiyar Əliyev elektron hökumətin cari vəziyyəti ilə bağlı ətraflı məlumat verib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı