LED “Li-Fi” texnologiyası “Wi-fi”dan 100 dəfə sürətlidir Fevral 24, 2016 | 11:40 / Maraqlı məlumatlar

Məlumatların ötürülməsində görünən işıq şüalarından istifadəyə əsaslanan “Li-Fi” texnologiyası üzərində təcrübə aparılır.

Yeni texnologiya fransız startapı Oledkom tərəfindən Barselonanın ən böyük texnoloji yeniliklər sərgisi olan Mobil Dünya Konqresində nümayiş etdirilib. Tədqiqatçılar 200 Gb-dən yüksək sürətlə saniyədə 23 DVD yükləməyə nail olublar. Sınaqdan keçirilmiş “Li-Fi” texnologiyasında 1 Gbit/san sürət qeydə alınıb ki, bu da orta statistik “Wi-Fi” (təqribən 10 Mbit/san) şəbəkəsindən 100 dəfə yüksəkdir.

Oledkomun rəhbəri və təsisçisi Suat Topsunun sözlərinə görə, “Li-Fi” texnologiyasının ən üstün cəhəti onun işıqlandırma sürətidir. Bu yaxınlarda “iOS 9” mobil əməliyyat sisteminin son versiyasında “Li-Fi” texnologiyasından istifadə olunub.

Qeyd edək ki, “Li-Fi” texnologiyasının əsas xüsusiyyəti smartfonun internet şəbəkəsinə adi lampa vasitəsilə qoşulmasıdır. Yeni texnologiya hava vasitəsilə məlumatların ötürülməsi üçün saniyədə min dəfədən çox yanıb-sönən LED lampaların yaratdığı tezliklərdən istifadə edir. Məhz bu cəhət onu Morze əlifbasının rəqəmsal ekvivalenti adlandırmağa əsas verir.

www.news.discovery.com

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı