ABŞ-da ən yaxşı peşə proqram təminatı tərtibatçısıdır Fevral 19, 2014 | 10:14 / Texnoloji yeniliklər

“US News” nəşri yüz ən yaxşı peşənin reytinqini hazırlayıb. Nəticələrə görə, ABŞ-da ən yaxşı peşə proqram təminatı tərtibatçısıdır. Liderlər üçlüyündə kompüter sistemləri analitikləri və diş həkimləri də yer alıb. 

Nisbətən perspektivli peşələr arasında feldşer, əczaçı, terapevt, tibb bacısı, veb-proqramçı və diş gigiyenası üzrə mütəxəssislər qeyd olunub. Beləliklə, siyahının yuxarı hissəsində tibb və kompüter texnikası sahəsi üzrə iş yerləri üstünlük təşkil edir. 

Yüzlüyün sonunda incəsənət direktorları, arxitektorlar, müştəri xidmətləri şöbələrinin əməkdaşları, sanitariya texnikası işçiləri, ofis qulluqçuları, avtomexaniklər, rəngsaz və psixiatrlar yer alıb. 

“US News” peşələri müxtəlif çəkiyə malik bir neçə amillər üzrə seçib. Xüsusilə orta əməkhaqqı, peşə üzrə işsizlik səviyyəsi, iş yerində inkişaf perspektivləri, stress səviyyəsi və s. nəzərə alınıb. 

ictnews.az 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı