Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb Fevral 11, 2016 | 04:00 / Maraqlı məlumatlar

“Cisco” şirkətinin proqnozuna əsasən, cari ildə ümumdünya şəbəkəsinin internet trafikinin həcmi 1 zettabayt (1 milyard terrabayt) təşkil edəcək.

3dnews.ru saytının məlumatına görə, 2019-cu ilə bu göstərici 2 zettabayta yaxınlaşacaq və adambaşına düşən internet istehlakı 18 Gb (2014-cü ildə bu göstərici 6 Gb təşkil edib) olacaq. Ekspertlər ötürülən informasiyanın həcminin belə kəskin artımını mobil qurğuların populyarlığı ilə izah ediblər.

2019-cu ildə fərdi kompüterlər ümumi verilənlər axınının yarısından az hissəsini generasiya edəcək. Halbuki 2014-cü ildə bu göstərici 60 faizə bərabər olub. Bu, həmçinin internetə qoşulma növlərinə öz təsirini göstərəcək: internet trafikin 66 faizi “Wi-Fi” və digər simsiz şəbəkə üzərindən ötürüləcək.

2014-2019-cu illərdə Afrika və Yaxın Şərqdə internet trafikinin həcmi illik 44 faizə artacaq. Mərkəzi və Şərqi Avropada müvafiq göstərici 33 faiz təşkil edəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı