İnstitutun sektor müdiri “Gənclər mükafatı” ilə təltif olunub Fevral 03, 2016 | 12:40 / Mühüm hadisələr

Fevralın 2-də Gənclər Günü münasibətilə Nizami Kino Mərkəzində istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərən şəxslər Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təltif olunublar.

Elm sahəsindəki nailiyyətlərinə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova da “Gənclər mükafatı”na layiq görülüb.

Gənc alimin elmi fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

N.İsmayılova 2007-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan Dövlət Neft Akademiyası) “Tətbiqi Riyaziyyat” ixtisasını bitirib. 2009-cu ildə həmin universitetdə “Riyazi modelləşdirmə” ixtisası üzrə magistr dərəcəsi alıb.

2008-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda çalışmağa başlayıb. İnstitutun Elektron Kitabxana Mərkəzində Bibliometriya sektorunun müdiridir. Bibliometriyanın inkişafı, müasir vəziyyəti və inkişaf perspektivləri, bibliometrik xəritələrin hazırlanması, elektron kitabxanalarda sosial şəbəkələr, bibliometrik üsullar vasitəsilə elektron kitabxanalarda xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparır.

N.İsmayılova “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusu üzrə dissertasiya işi müdafiə edib.

2010-2012-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Tətbiqi Riyaziyyat” kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub.

30-dan çox elmi əsərin müəllifidir, onlardan 15-i xarici elmi mətbuatda çap olunub. Türkiyə, İtaliya, Belarusiya və Litvada keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak edib. AR Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibidir.

O, institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvüdür.

İnstitutun kollektivi adından Nigar İsmayılovanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı