İstedadlı və yaradıcı gənclər mükafatlandırılıb Fevral 03, 2016 | 09:45 / Mühüm hadisələr

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Nizami Kino Mərkəzində istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatları, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə AR Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Nazir bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti nəticəsində gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakı təmin edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclərin ölkənin inkişafında iştirakı və məsuliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan A.Rəhimov “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq prosesində və yarışların keçirilməsi zamanı idmançılarımızın və könüllülərin xüsusi rolunu vurğulayıb.

Nazirin sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə inkişaf edir.

Sonra mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslər gənclər üçün Prezident mükafatı ilə təltif olunublar. Dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərənlərə isə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” təqdim olunub.

Elm sahəsindəki nailiyyətlərinə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova da “Gənclər mükafatı”na layiq görülüb.

Daha sonra “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin nəticələrinə əsasən, Şəmkir şəhərinin 2016-cı il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub.

Tədbir konsert proqramı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı