Verilənlərin əbədi saxlanacağı sapfir disklərin kütləvi istehsalına başlanacaq Fevral 18, 2014 | 12:00 / Texnoloji yeniliklər

Ukrayna Milli Elmlər Akademiyasının İnformasiyanın Qeydiyyatı Problemləri İnstitutu və Monokristallar İnstitutunun alimləri informasiyanın 10 minlərlə il ərzində saxlanması mümkün olan sapfir optik disk hazırlayıblar. Yaxın gələcəkdə bu disklərin kütləvi istehsalı planlaşdırılır. newsru.com saytının məlumatına görə, bu haqda akademik Vyaçeslav Petrov bildirib. 

Alimin sözlərinə görə, sapfir disklər öz xüsusiyyətlərinə görə (yüksək ərimə temperaturu (2000 C-dən yüksək), rəqabətdə yalnız almaza güzəştə gedən möhkəmlik, yüksək davamlılıq) informasiyanın uzun müddət saxlanılması üçün ideal vasitədir. Diskin diametri 80 mm, yazılma sıxlığı standart CD-ROM diskinə müvafiqdir, 210 Mbayt həcmində informasiyanı saxlaya bilir. V.Petrov texnologiyanın dünyada analoqunun olmadığını bildirib: “Yaxın vaxtlarda informasiyanın sapfir optik disklərdə uzun müddət saxlanması üsulu xaricdə patentləşdiriləcək. Artıq disklər hazırlanma mərhələsindədir və yaxın vaxtlarda ölkədə onların kütləvi istehsalına başlanacaq”. 

İnformasiyanın sapfir disklərdə saxlanma müddətinə gəlincə, alim “Bu müddət ömürlükdür. Konkret olaraq isə 10 minlərlə il” - deyib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı