Naxçıvanda yaşayan doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları distant formada keçirilir Yanvar 29, 2016 | 04:00 / Mühüm hadisələr

AMEA prezidenti, akademik Akif Əlizadənin Sərəncamına əsasən, cari ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında İnternet üzərindən distant formada keçirilir.

Bu gün ilk dəfə olaraq Naxçıvanda yaşayan elmi tədqiqatçılar üçün doktorluq imtahanları distant formada keçirildi. İmtahanlarda 24 doktorant və dissertant iştirak etdi. İmtahan prosesinə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi və rəhbərlik tərəfindən onlayn rejimdə məsafədən nəzarət edilirdi.

Xatırladaq ki, 2003-cü ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir.

2011-ci ildən isə Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar institutun Tədris-İnnovasiya Mərkəzində tədris olunan dərsləri məsafədən dinləyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı