Görmə məhdudiyyətli insanlar üçün ilk elektron dərslik hazırlanıb Yanvar 29, 2016 | 10:00 / Maraqlı məlumatlar

Rusiyalı alimlər zəif görən insanlar üçün dünyada ilk elektron dərslik hazırlayıblar. Tümen Dövlət Universitetinin elmi işçisi Aydar Faxrutdinovun bildirdiyinə görə, bu elektron dərslik zəif görən insanların tədrisi prosesini asanlaşdırmaq məqsədilə hazırlanıb. Bu halda şagird və müəllim üçün ayrı-ayrı modullar nəzərdə tutulub, yəni tədris zamanı onlar bir-birinə ismarıc göndərə bilərlər.

tass.ru saytının məlumatına əsasən, qurğu istənilən formatlı faylları dəstəklədiyinə görə “Сиолл” (ingiliscədən tərcümədə “hər şeyi görürəm” deməkdir) adlandırılıb.

“İstifadəçi fləş kartını elektron dərsliyə daxil etdikdən sonra proqram informasiyanı lazımi formata çevirir və Brayl şriftində işçi paneldə əlçatan olur. Görmə məhdudiyyətli şəxslər bu şriftlərə toxunmaqla onu oxuya bilər. Xüsusi qrifelin köməyi ilə ayrıca paneldə mətn yığmaq, o cümlədən musiqi dinləmək mümkündür” – A.Faxrutdinov deyib.

Tümen Dövlət Universitetinin alimləri bildiriblər ki, növbəti mərhələdə elektron dərsliyin internetə qoşulmasının təmin edilməsi planlaşdırılıb. Nəticədə zəif görən insanlar şəbəkədə yerləşdirilmiş istənilən materialı əldə edə bilərlər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı