Angela Merkel: “Avropa öz şəbəkəsini yaratmalıdır” Fevral 17, 2014 | 11:00 / Texnoloji yeniliklər

Almaniya kansleri Angela Merkel Avropanın öz kommunikasiya əlaqələrini yaratmağı təklif edib. Buna səbəb kimi Avropadan göndərilmiş elektron məktubların ilk öncə Amerikadan keçməsi göstərilib. 

A.Merkel bildirib ki, müstəqil kommunikasiya şəbəkələrinin yaradılması üçün hansı Avropa provayderlərinin istifadəçilərə daha yüksək təhlükəsizlik xidmətləri təklif etdiyini nəzərdən keçirmək lazımdır. 

cybersecurity.ru saytının məlumatına görə, federal kansler bu məsələni fevralın 19-da Parisdə keçiriləcək alman-fransız məsləhətləşmələri zamanı Fransa prezidenti Fransua Olland ilə müzakirə etmək niyyətindədir. 

Merkel deyib ki, Avropa məlumatlarla mübadilə sahəsində ABŞ-dan asılı olmalı deyil. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı